Xidmətlər
Qafqaz Riverside Hotel yaş və təcrübədən asılı olmayaraq, bütün macərapərəstlər üçün geniş fəaliyyət seçimləri təqdim edir. Tətilinizə bir az həyəcan və rəng qatmaq üçün təcrübə edə biləcəyiniz əyləncə və fəaliyyətlər, adrenalin və macəranı özündə cəmləşdirir. Sözün əsl mənasında enerji depolayıb, rəngarəng bir tətil təcrübəsi yaşayacaqsınız.
Sizə təklif edirik
Kanat xətti ilə Böyük Qafqaz dağlarının yamaclarında səyahət ideal əyləncədir. Stressdən uzaqlaşın, şəxsi işlərinizə daha yaxşı fokuslanın və möhtəşəm mənzərələrdən həzz alaraq dincəlin. Bir sözlə, bol təəssürat qazanın.
Qafqaz Riverside Hotel-də heç vaxt darıxmayacaqsız. Buarada hər yaşa uyğun əyləncə növləri mövcuddur. Hotelimizdə yerləşən oyun zonası, boulinq, açıq hovuz, uşaqlar üçün oyun zonası ilə həm siz, həm də övladınız doyunca əylənəcək.
Qəbələnd əyləncə mərkəzi Qəbələ şəhərində 18 hektar ərazidə yerləşən Azərbaycanın (Qafqazın) ən böyük əyləncə parkıdır. Qəbələyə səfər üçün səbəblərdən biri olan park həm yerli sakinlər, həm də turistlər üçün maraqlı vaxt keçirmək üçün ideal seçimdir. Parkda kartinq, buz meydançası, şeytan çarxı, lazermax, XD kinoteatr kimi həm uşaqlar, həm də böyüklər üçün onlarla müxtəlif əyləncələr mövcuddur. www.gabaland.az
28 hektar ərazidə yerləşən Qəbələ Atıcılıq Klubu MDB məkanının ən böyük atıcılıq klubudur. Bir çox Beynəlxalq yarışlara ev sahibliyi edən klubumuz dünyanın ən yaxşı 10 atıcılıq klubları sırasında yer alır. Klubumuzda güllə, stend, sportinq atıcılığı üzrə həm həvəskar, həm də peşekar atıcılıq növləri mövcuddur www.gabalashootingclub.com
Gabala Rafting Azərbaycanın ilk və tək raftinq mərkəzidir. Bu unikal əyləncədə iştirak etmək üçün rafting.az saytında elə indi qeydiyyatdan keç.
Bizim bacarıqlı aşpazlarımız və xüsusi işçi heyətimiz tədbiriniz üçün qonaqlarınızın unikal zövqünə və seçimlərinə uyğunlaşdırılmış unudulmaz yemək təcrübəsi yaradacaq.
Peşəkar camaşırxana xidmətimizin rahatlığını və təravətini kəşf edin. Biz təmiz və baxımlı geyimlərin vacibliyini başa düşürük, buna görə də təcrübəli komandamız paltarlarınızın qüsursuz şəkildə təmizləndiyini, qayğı ilə sizə qaytarılmasını təmin etmək üçün yüksək keyfiyyətli məhsul və texnikalardan istifadə edir.
Otelimizin həm interyer, həm də eksteryer görünüşü sizin toy fotolarınızı unudulmaz edəcək.
Otel nəqliyyatı xidmətimizlə problemsiz səyahət təcrübəsi. Arxanıza yaslanın və peşəkar sürücülərimizə səyahətinizin başdan sona qədər qayğısına qalmasına icazə verin.
Həyəcan dolu səyahətə hazırsınız? Elə isə,kvadrosikl turumuz sizin üçün ən yaxşı seçim ola bilər. Çay yatağının kənarı ilə Duruca kəndinə aparan bu aksiyon və adrenalin dolu turla, avtomobilin getməyəcəyi yerlərə gedib, Qafqaz dağlarının nəfəskəsici mənzərələri ilə tanış olacaqsınız.
Otelimizdə dostlarınız və ya qohumlarınızla Play Station 4-də OYUN oynayaraq asudə vaxtınızı yaxşı keçirə bilərsiniz
İmkanlar
- düz ekranlı televizor
- kondisioner
- lampa
- fen
- təhlükəsizlik sistemi
- kiçik soyuducu
- mehmanxana ətriyyatı
- duş
- tualet
- hamam dəsmalları
- vanna otağı
- tərliklər
- eyvan
- hovuz görüntü
- çay görüntü
- şəhər görüntüsü
- bağ görüntü
- dağ görüntü
- Wi-Fi
- daxili telefon
- baqaj şkafı
- qarderob
- güzgü
- kreslo
- oturacaq
- oturacaqlar
- paltar üçün dolab
- məlumat xəritəsi, menyu
- mini bar
- otaqlara xidmət
- seyf
- çaynik
- siqaret çəkilməyən nömrələr
- ümumi hovuz
- çay dəsti
- əl üçün antibakterial vasitələr
- stəkanlar
- təzə mətbuat
- içməli su
- limitsiz SPA
- "Kral ölçülü" çarpayı
- iqlim nəzarət sistemi
- hamam ləvazimatları
- unitaz
- həyətə görüntü
- kupe dolab
- mebel dəsti
- masa
- asılqanlar
- parket
- bəzənmə masası
- iki təkyataqlı çarpayı
- qızdırıcı
- vanna və ya duş kabinası
- meşə görüntü
- yemək masası
- divan
- kreslo
- qonaq guşəsi
- iki otaq
- nahar guşəsi
- əlavə vanna otağı
- iki vanna otağı
- gözəl görüntülü eyvan
- "Kraliça ölçülü" çarpayı
- dörd otaq
- laminat
- hündür tavan
- stolüstü lampalar
- tualet vasitələri
- cakkuzili vanna
- cakuzi
- internet
- eksklüziv mebel
- iş masası
- xalatlar
- şezlong ilə eyvan
- iki böyük taxt "Kral ölçülü"
- bar rəfi
- üç otaq
- iki yataq otağı
- öz hovuzu
- kamin
- kosmetika güzgüsü
- mətbəx qab-qacağı





















