Otaqlar

Möhtəşəm Qafqaz dağları ilə əhatə olunan Qafqaz Riverside oteli rahat və səmimi atmosferi olan otaqlar təklif edir. 35 kvadrat metrlik ərazini əhatə edən otaqlar tək yataq otaqlı və yumşaq mebellə təchiz edilmişdir. Otaqların bəziləri dağ mənzərəli bəziləri isə şəhər mənzərəlidir. Frenç tipli kiçik balkona sahib bütün Junior Suite nömrələrində yataq otağı ilə yanaşı, qonaq otağı da var. Kiçik ailələr üçün ideal qonaqlama xidməti təqdim edən bu nömrələrdə qonaqların rahat dincəlmələri üçün cakkuzi və ya vanna imkanı da mövcuddur. Junior Suite otaqlar 52 kvadrat metrlik sahəni əhatə etməklə bir yataq otağı, bir də qonaq otağından ibarətdir. Cakkuzili, həm də vanna ilə təchiz edilmiş Junior Suite otaqlar dağ mənzərəlidir. Hər mərtəbəsində ayrıca yataq otağı, qonaq otağı və duş kabinli sanitar qovşağa sahib bu nömrələr geniş ailə şəklində qonaqlamaq istəyənlər üçün tam əlverişli şərait təqdim edir. Qəbələ dağlarının gözəl mənzərəsinə sahib bu nömrələrdə siz ailəvi şəkildə rahatca dincələ və tətilinizdən doyunca zövq ala biləcəksiniz. Duplex Suite nömrələri geniş ailəli qonaqlar üçün əlverişli şəraitə malikdir. 87 kvadrat metrlik bu nömrələrin hər iki mərtəbəsində bir yataq otağı, bir də qonaq otağı mövcuddur. Dəbdəbəli istirahəti sevən qonaqlarımız üçün Kinq otaqlar ideal seçimdir. 150 kvadrat metrlik bu otaqlarda geniş qonaq otağı, 1 ədəd yataq otağı və biznes və ya yığıncaqların həyata keçirilməsi üçün geniş ərazi vardır. Otelin Spa mərkəzindən Kinq otaqlara birbaşa lift xidməti vardır ki, bu da fərdi istirahət sevənlər üçün idealdır