Qəbələ Restoranı - Bu unikal restoranımız böyük və zərif şəraitdə təqdim olunan geniş çeşiddə beynəlxalq və milli mətbəximizdən ləziz təamlar təklif edir. 400 nəfərə qədər oturacaq yeri olan Qəbələ restoranı böyük tədbirlər, toplantılar və ya dostlar ilə birlikdə zaman keçirmək üçün mükəmməl yerdir. Şam yeməyi zamanı canlı müsiqidən zövq alaraq istirahətinizi daha maraqlı edin.
Kamin Bar - Ən yaxşı 24 saatlıq lounge və bar tipli restoran olan Kamin Bara tələsin. Ləzzətli qəhvə və ya təravətləndirici içkidən dadarkən özünüzü canlı atmosferə qərq edin. İsti kamin ətrafında bir qədəh şərab sizi bütün yorğunluqlardan azad edəcək.
Pool Bar - Açıq hovuz ətrafında yerləşən Pool bar restoranında isti yay günlərində sərin içkilər və müxtəlif sendviçlərdən ləzzət alacaqsınız. Həmçinin, hovuz kənarında dj müşaiyətilə səslənən musiqi əyləncənizə əyləncə qatacaq.
Meşə Restoranı - Meşənin mərkəzində yerləşən füsunkar restoranımızı kəşf edin. Sakit təbiətlə əhatə olunmuş restoranımız dinc və təbii şəraitdə unikal yemək təcrübəsi təklif edir. Sakit atmosferdən və nəfəs kəsən mənzərədən həzz alaraq, yerli inqrediyentlərlə hazırlanmış dadlı təamlardan zövq alın.